Sumqayıtda yol qəzası baş verib, ölən və yaralanan var - YENİLƏNİB
- 23 avqust, 2018
- 08:19
Sumqayıt. 23 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini Amil Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Əlizamin Mirzəyevi və onun arxasında oturmuş Rəhim Əliyevi vurub.
Nəticədə Ə.Mirzəyev xəstəxanada ölüb, R.Əliyevə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.
***11:47
Sumqayıt. 23 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, şəhər ərazisində velosiped sürən və onun arxasında əyləşən şəxsi avtomobil vurub.
Hadisə zamanı xəsarət alan hə iki şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Ölən və yarlı şəxsin kimliyi müəyyənləşdirilir.
***11:18
Sumqayıt. 23 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobil velosipedçini və onun arxasında əyləşən şəxsi vurub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxansına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.