Sumqayıtda üfunət iyi verən mənzildən iki yük maşını zibil çıxarılıb - VİDEO

Sumqayıtda üfunət iyi verən mənzildən iki yük maşını zibil çıxarılıb - VİDEO Sumqayıt şəhərində zibil içində olan mənzil təmizlənib.
Hadisə
9 İyun , 2019 20:48
Sumqayıtda üfunət iyi verən mənzildən iki yük maşını zibil çıxarılıb - VİDEO

Sumqayıt şəhərində zibil içində olan mənzil təmizlənib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bunu 6 saylı Mənzil İstismar Sahəsinin (MİS) nümayəndəsi Qəhrəman Rəhimov deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət mətbuatda işıqlanandan dərhal sonra aidiyyəti təşkilatlar hərəkətə keçib. Mənzildən iki yük maşını zibil çıxarılaraq daşınıb. Ancaq yaşlı qadın üçün Təcili Tibbi Yardım avtomobili çağırılsa da, həmin ünvana həkim briqadası gəlməyib. Xəstəxana və əsəb dispanseri xəstə qadını qəbul etməyib.

Məlumat üçün bildirək ki, söhbət Sumqayıt şəhər 2-ci mikrorayon, bina 8/11, mənzil 25-də yaşayan ailədən gedir.

Qonşuların bildirdiyinə görə, psixoloji problemləri olan Təranə Bəylərova mənzildə Humay adlı xəstə anası ilə yaşayır.

Binada yaranmış antisanitar şəraitdən narazı olan qonşular aidiyyəti orqanlara müraciət etmişdilər.

Son xəbərlər

Orphus sistemi