Sumqayıtda toy məclisi zamanı gənc oğlan bıçaqlanıb

Sumqayıtda toy məclisi zamanı gənc oğlan bıçaqlanıb Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır
Hadisə
6 Dekabr , 2017 07:39
Sumqayıtda toy məclisi zamanı gənc oğlan bıçaqlanıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Sumqayıtda toy məclisi zamanı bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.

1988-ci il təvəllüdlü Muradov Şahin Malikəjdər oğlu şadlıq sarayında keçirilən toy məclisi zamanı tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi