Sumqayıtda ticarət mərkəzində yanğın söndürülüb - YENİLƏNİB-2

Sumqayıtda ticarət mərkəzində yanğın söndürülüb - YENİLƏNİB-2 Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.
Hadisə
16 aprel 2025 10:05
Sumqayıtda ticarət mərkəzində yanğın söndürülüb - YENİLƏNİB-2

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın tam söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

09:34

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın məhdudlaşdırılıb.

"Report"un yerli bürosunun məlumatına görə, FHN yanğınsöndürmə briqadasının müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.  

09:10

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.

"Report"un yerli bürosunun məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub. 

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi