Sumqayıtda liseydən təmir üçün aparılan əşyalar geri qaytarılmayıb.
“Report”un xəbərinə görə, “Təfəkkür” liseyinin direktoru Qönçə Səftərova polisə müraciət edərək, bu il yanvarın 7-də liseydən 6 təhlükəsizlik kamerasının və bir televizorun Sumqayıt sakini Tural adlı şəxs tərəfindən təmir adı ilə aparıldığını, lakin geri qaytarılmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.