Sumqayıtda su borusunun partlaması nəticəsində yaşayış binasını su basıb
Hadisə
- 29 aprel, 2018
- 20:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt. 30 aprel. REPORT.AZ/ Sumqayıtda su borusunun partlaması nəticəsində yaşayış binasını su basıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə 13-cü mikrorayon ərazisində, 5 saylı binada baş verib.
Belə ki, "Azərsu" ASC-nin Sumqayıt Su Kanal İdarəsinə məxsus su borusu sıradan çıxıb. Nəticədə binanın bir neçə mənzilinə su dolub. Bu səbəbdən də sakinlər həyətə çıxmağa məcbur olublar.
Hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb ediliblər. Aidiyyatı orqanlarının əməkdaşları yüksək təzyiqli suyun qarşısını almağa çalışıblar.
Sakinlər bildiriblər ki, borunun partlaması nəticəsində mənzillərin əksəriyyətinə ciddi ziyan dəyib.
Hazırda qəzanın aradan qaldırılması işi həyata keçirilir.
Son xəbərlər
17:26
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Xarici siyasət
17:25
AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"
Maliyyə
17:22
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Maliyyə
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol
17:20
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Maliyyə
17:19
ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
İnfrastruktur
17:16
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Fərdi
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə