Sumqayıtda soyğunçuluq edən 3 nəfər saxlanıldı

Hadisə
  • 07 mart, 2020
  • 09:26
Sumqayıtda soyğunçuluq edən 3 nəfər saxlanıldı

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları soyğunçuluq edən şəxslərə qarşı əməliyyat keçirib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində M.Zülfüqarovun 1 450 manat pulunu və 2 ədəd qol saatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakinləri S.Həsənov, R.Zalıyev və Bakı şəhər sakini A.Əkbərova saxlanılıblar. 

44 filmi