Sumqayıtda restoranda kloun iş başında ölüb - YENİLƏNİB

Sumqayıtda restoranda kloun iş başında ölüb - YENİLƏNİB Sumqayıt. 3 noyabr. REPORT.AZ/ Sumqayıtda restoranda iş başında ölən klounun kimliyi məlum olub.
Hadisə
3 Noyabr , 2018 11:03
Sumqayıtda restoranda kloun iş başında ölüb - YENİLƏNİB

Sumqayıt. 3 noyabr. REPORT.AZ/ Sumqayıtda restoranda iş başında ölən klounun kimliyi məlum olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, həmin şəxs 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızıdır.

Qadının həddindən çox spritli içki qəbul etdiyi və bu səbəbdən ürəyinin dayandığı məlum olub.


*** 2 noyabr, saat 23:28

Sumqayıt. 2 noyabr. REPORT.AZ/ Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

Sumqayıt şəhər sakini, təxminən 45-50 yaşlarında olan qadın restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi bilinməsə də, ekspertıza zamanı onun içkili olduğu məlum olub.

Hazırda onun kimliyi və ölüm səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi