Sumqayıtda qonşular arasında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb - SİYAHI - YENİLƏNİB

Sumqayıtda qonşular arasında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb - SİYAHI - YENİLƏNİB Sumqayıt. 26 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində kütləvi dava zamanı bıçaqlanan şəxslərin adı məlum olub. 
Hadisə
26 Fevral , 2018 11:56
Sumqayıtda qonşular arasında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb - SİYAHI - YENİLƏNİB
Report

Sumqayıt. 26 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində kütləvi dava zamanı bıçaqlanan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, kütləvi dava nəticəsində, 1997-ci il təvəllüdlü Emin Elmanoğlu Ömər və 2000-ci il təvəllüdlü İbrahim Xöşbəxt oğlu Cəfərov, qonşuları Coşqun adlı şəxs tərəfindən bıçaqlanıb. İ.Cəfərov 4, E.Ömər isə 2 ağır bıçaq zərbəsi alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Əməliyyat olunan hər iki gəncin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.


***10:04

Sumqayıt. 26 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində qonşular arasında kütləvi dava olub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, həmin qəsəbədə qonşular arasında mübahisə düşüb. Sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı iki nəfər bıçaqlanıb.

Hadisəni törədən şəxs artıq saxlanılıb. Davanın hansı səbəbdən baş verməsi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi