Sumqayıtda nəzir qutusundan pul oğurlanıb

Sumqayıtda nəzir qutusundan pul oğurlanıb Faktla bağlı araşdıma aparılır
Hadisə
19 Dekabr , 2018 11:45
Sumqayıtda nəzir qutusundan pul oğurlanıb
0 : 00
0 : 00

Sumqayıt. 19 dekabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin  3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb.

Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

Faktla bağlı araşdıma aparılır.

Son xəbərlər

Orphus sistemi