Sumqayıtda narkotacir həbs olunub

Sumqayıtda narkotacir həbs olunub Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Hadisə
14 Mart , 2022 11:02
Sumqayıtda narkotacir həbs olunub

Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölıməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkarlanıb.

Araşdırma nəticəsində müəyyən edilib ki, İbrahim Əhmədov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbrahim Əhmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi