"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, C.Qalinanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Sumqayıtda mənzildən yaşlı qadının meyiti aşkarlanıb
Hadisə
21 Dekabr , 2014
07:12
https://static.report.az/photo/d4ad9d08-8295-47c6-90c1-5dee1bc45cab.jpg
Bakı. 21 dekabr. REPORT.AZ / Ötən axşam Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, mənzildə, 1947-ci il təvəllüdlü Cavadova Qalina Qriqorevnanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açdıqdan sonra Q.Cavadovanın cəsədini aşkar ediblər.