Sumqayıtda məktəbli qız intihar edib
Hadisə
- 05 noyabr, 2018
- 13:34
Sumqayıt. 5 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində məktəbli qız intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Fatimə Yusif qızı İsmayılzadə özünü yaşadığı evdə kəndirlə asıb.
Ailəsinin verdiyi məlumata görə, 16 yaşlı Fatimə 1 il bundan əvvəl dünyasını dəyişən atasının ölümündən sonra sarsıntı keçirib. İl mərasimində atasının qəbrini ziyarət etdikdən sonra evə qayıdan F.İsmayılzadə intihar edib.
Yaxınları bildirib ki, məktəbli bir müddət öncə də intihara cəhd etmişdi. Lakin ailəsinin köməkliyi ilə ölümdən xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:27
Foto
DÇ-2026: Fransa - Mərakeş oyununda hesab açılıb - YENİLƏNİR-3
Futbol01:27
ABŞ təyyarələri Fars və Oman körfəzinin üzərində uçuş həyata keçirir
Digər ölkələr00:58
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
Region00:32
İranın Türkiyədəki səfirliyi NATO sammitinin yekun bəyanatına etiraz edib
Region00:03
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
Digər ölkələr23:56
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
Digər ölkələr23:45
İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib
Futbol23:36
Uqandada ərzaq qıtlığından 16 nəfər həlak olub
Digər ölkələr23:32