Sumqayıtda məktəbdən oğurluq edildi

Hadisə
  • 18 iyun, 2020
  • 07:24
Sumqayıtda məktəbdən oğurluq edildi
Report

Sumqayıtda məktəbdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da şəhər ərazisində yerləşən tam orta məktəblərin birindən televizor, noutbuk, 2 ədəd proyektor, mobil telefon, 2 ədəd modem, televizor altlığı, müşahidə kamerasının yaddaş kartı, 3 ədəd mikrofon və mühafizə xidmətinin çağırış siqnal aparatını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Səfərəliyev saxlanılıb.

44 filmi