Sumqayıtda mağazadan pul oğurlayan keçmiş məhkumlar saxlanılıblar

Hadisə
  • 09 dekabr, 2019
  • 12:19
Sumqayıtda mağazadan pul oğurlayan keçmiş məhkumlar saxlanılıblar

Sumqayıt şəhərində mağazadan 500 manat oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 500 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - A.Müseyibov və V.Hüseynov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

44 filmi