Sumqayıtda mağaza qarət edilib

Hadisə
  • 16 oktyabr, 2019
  • 08:07
Sumqayıtda mağaza qarət edilib

Sumqayıtda keçmiş məhkum mağazanı qarət edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-nə keçən gecə şəhər ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Piriyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi