Sumqayıtda körpə ikinci mərtəbədən yıxılıb

Hadisə
  • 02 sentyabr, 2018
  • 17:20
Sumqayıtda körpə ikinci mərtəbədən yıxılıb

Sumqayıt. 2 sentyabr. REPORT.AZ/ Sumqayıtda körpə yaşadığı evin yuxarı mərtəbəsindən yerə yıxılıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhər sakini, 2017-ci il təvəllüdlü Emil Surxay oğlu Rəhimli 2-ci mərtəbədən yıxılaraq, bədən xəsarətləri alıb.

Körpə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.