Sumqayıtda itkin düşən uşaq tapılıb - YENİLƏNİB
- 27 avqust, 2019
- 16:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıtda itkin düşən uşaq tapılıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu yaşadığı binanın həyətindən çıxaraq digər binanın qarşısına keçib. Sonra yolu itirdiyindən başqa binaların həyətinə gəlib.
Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.
*** 19:32
Sumqayıtda 7 yaşlı uşaq itkin düşüb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib
Belə ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu həyətdə oynadığı yerdən yoxa çıxıb. Yaxınları dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.