Sumqayıt. 4 mart. REPORT.AZ/ Sumqayıt şəhərində istirahət mərkəzində tapılan meyitin kimə məxsus olduğu məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, Abşeron rayonunun Masazır kənd sakini, 1969-cu il təvəllüdlü Əfqan Daşdəmir oğlu Rəhimovun istirahət mərkəzində meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Meyit müayinə olunması üçün
*** 9:23
Sumqayıt. 4 mart. REPORT.AZ/ Sumqayıt şəhərində istirahət mərkəzində meyit tapılıb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə dəniz kənarında yerləşən "Neptun" ailəvi istirahət mərkəzində baş verib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Hadisə yerinə baxış keçirilib.
Meyitin kimə məxsus olması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.