Sumqayıtda idman klubundan və hüquq məsləhətxanasından oğurluq olub

Hadisə
  • 14 may, 2018
  • 07:59
Sumqayıtda idman klubundan və hüquq məsləhətxanasından oğurluq olub

Bakı. 14 may. REPORT.AZ/ Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, əməliyyat tədbirləri nəticəsində 1 ofisdən, 1 mağazadan, 1 idman klubundan və 1 hüquq məsləhətxanasından pul, içərisində sənəd olan seyf, protein içkisi və məktəb ləvazimatları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Raiz Niftəliyev, Hacıbaba Nurullayev və Seyfəddin Aslanov saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

44 filmi