Sumqayıtda fəhlə işlədiyi yerdə bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

Sumqayıtda fəhlə işlədiyi yerdə bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB Sumqayıt şəhərində şüşə qablar istehsal edən zavodda fəhlələr arasında düşən mübahisə zamanı qətlə yetirilən zavodun işçisinin kimliyi məlum olub.
Hadisə
24 Aprel , 2019 21:49
Sumqayıtda fəhlə işlədiyi yerdə bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

Sumqayıt şəhərində şüşə qablar istehsal edən zavodda fəhlələr arasında düşən mübahisə zamanı qətlə yetirilən zavodun işçisinin kimliyi məlum olub. 

"Report"un yerli bürosu xəbər veri ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 18:23

Sumqayıtda qətl hadisəsi törədilib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, zavodda iş zamanı işçilər arasında mübahisə düşüb. BU zaman işçilərdən biri bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub və hadisə yerinə baxış keçirilib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonu şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi