Sumqayıtda evdən qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 16 oktyabr, 2019
  • 08:09
Sumqayıtda evdən qızıl-zinət əşyaları oğurlanıb

Sumqayıtda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də şəhər ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - B.Mehdiyev və əvvəllər məhkum olunmuş N.Şirinov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.