Sumqayıtda dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB-2

Hadisə
  • 03 noyabr, 2019
  • 11:57
Sumqayıtda dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB-2

Sumqayıt şəhərində baş verən qəza nəticəsində ölənlərin şəxsiyyətləri məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğlu və 1994-cü il təvəllüdlü Babazadə Seymur Elşad oğlu dünyasını dəyişib. 

Daha bir nəfərin vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı araşdırma aparılır.


14:04***

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər həyatını itirib, bir nəfər ağır yaralanıb.

Onlardan birinin şəxsiyyəti müəyyənləşib. Belə ki, qəzada ölən şəxs 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur. 

Faktla bağlı araşdırma aparılır.


***12:53

Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Stansiya Sumqayıt adlanan ərazidə baş verib.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər həyatını itirib.

Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə