Sumqayıtda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Sumqayıtda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 Sumqayıt şəhərində banka istehsal edən sexdə yanğın başlayıb.
Hadisə
3 aprel 2025 08:45
Sumqayıtda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 2500kv.m olan şüşə məmulatları istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 200kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

08:30

Sumqayıtda banka isteshalı sexində baş verən yanğın söndürülüb.

 “Report”un yerli bürosu məlumat verir ki, hazırda soyutma işləri aparılır

07:57

Sumqayıt şəhərində banka istehsal edən sexdə yanğın başlayıb.

 “Report”un yerli bürosu məlumat verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi