Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
Hadisə
- 12 may, 2026
- 11:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb.
Bu barədə "Report"un yerli bürosuna adıçəkilən təhsil müəssisəsindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.
Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.
İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Son xəbərlər
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.11.2026)
Maliyyə
09:07
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (19.11.2026)
Maliyyə
09:00
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq
Komanda
08:57
ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib
Digər ölkələr
08:47
Putin və Tramp arasında ikitərəfli görüş başlayıb
Digər ölkələr
08:42
Ağ Ev həcmi 17 milyard dollardan çox olan ABŞ-Filippin sazişlərinin detallarını açıqlayıb
Digər ölkələr
08:11
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:05
Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb
Xarici siyasət
07:54
Tramp Putin və Si Cinpinlə tarixi görüşü səbirsizliklə gözləyir
Digər ölkələr