Sumqayıtda avtomobillərin sürət yarışı iki nəfərin ölümünə səbəb olub - Təfərrüat

Sumqayıtda avtomobillərin sürət yarışı iki nəfərin ölümünə səbəb olub - Təfərrüat Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Hadisə
17 Yanvar , 2025 01:05
Sumqayıtda avtomobillərin sürət yarışı iki nəfərin ölümünə səbəb olub - Təfərrüat

Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

“Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhərinin Sülh prospektində sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov “Hyundai Elantra” markalı avtomobili ilə yolu keçən piyada 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.

Sürücü Elşad Məmmədov, sərnişinlər - Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

Yarışda iştirak edən və 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi “Kia Cadenza” markalı maşın da yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi