Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
- 28 noyabr, 2018
- 08:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt. 28 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, qəza zamanı şəhər sakini, 1962-ci il təvəllüdlü Elman Mehman oğlu Bayramov ağır bədən xəsarətləri alıb. Yaralı tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıb. Həkimlərinsəyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktl bağlı araşdırmalara başlanılıb.
*** 09:21
Sumqayıt. 28 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini Vidadi Quliyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.