Bakı. 1 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat qəzası baş verib. “Report”un xəbərinə görə, 11-ci mikrorayonda “Priora” markalı avtomobil avtobus dayanacağına girib.
Hadisə nəticəsində dayanacaqda duran iki nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralıların vəziyyətin ağır olduğu bildirilir. Onlardan birinin üzərinə dayanacağın qırılan şüşə layı düşüb.
Avtomobildə olan şəxslər xəsarət almayıb.

