Sumqayıtda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Sumqayıtda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 Aprel , 2020 23:39
Sumqayıtda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron məlumatına görə, Zülfü Hacıyev küçəsində sürücü, 1985-ci il təvəllüdlü İsa Hüseynovun idarə etdiyi “Priora” markalı minik avtomobili əvvəlcə ağaca, sonra isə yol kənarındakı maneələrə çırpılıb.

Hadisə zamanı sürücü və həyat yoldaşı, 1987-ci il təvəllüdlü Sumqayıt sakini Hüseynova Fərqiyyə İkram qızı ağır bədən xəsarətləri alıb.

Yaralılar əvvəlcə Sumqayıtdakı xəstəxanalardan birinə, sonra isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib. Müayinə zamanı F.Hüseynovaya bədənin müştərək və qapalı onurğa, boyun fəqərə sümüyünün travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi