Sumqayıtda ağır yol qəzasında xəsarət alanlar Bakıya gətirilib.
"Report" verir ki, ötən gün “Yaşma bağları” adlanan ərazidə yük maşınının minik avtomobilinə çırpılması nəticəsində xəsarət alanlar - minik avtomobilinin sərnişinləri: 1979-cu il təvəllüdlü Babayeva Könül Bəxtiyar qızı və 1973-cü il təvəllüdlü Aslanova Minə Möhsün qızı Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
K.Babayevaya qapalı-kəllə beyin travması diaqnozu qoyulub.
Qeyd edək ki, qəza zamanı minik avtomobilində olan digər sərnişin, 1971-ci il təvəllüdlü Lalə Abuəli qızı Hüseynli aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Fakt araşdırılır.