Toya gedən iki qardaş yol qəzasında ölüb, yaralılar var - YENİLƏNİB - FOTO - VİDEO

Toya gedən iki qardaş yol qəzasında ölüb, yaralılar var - YENİLƏNİB - FOTO - VİDEO Video əlavə olunub
Hadisə
15 Mart , 2019 18:04
Toya gedən iki qardaş yol qəzasında ölüb, yaralılar var - YENİLƏNİB - FOTO - VİDEO

Video əlavə olunub


*** 15:13

Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Hyundai Elantra” markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobili, "KamAZ" markalı 09 BL 969 nömrəli yük maşınına arxadan çırpılıb.

Nəticədə hadisə zamanı minik avtomobilində olan 2 qardaş - 1998-ci il təvəllüdlü Zəkiyev Mahir Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu ölüblər.

Yaralılar 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzada dünyasını dəyişən qardaşlar rentakardan avtomobil kirayə götürərək Qubada toya gedirlərmiş. Ölən qardaşlardan biri polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.


*** 14:48

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Üç yaralı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi