Sumqayıtda 7 yaşlı uşaq karuseldən yıxılaraq ağır xəsarət alıb

Sumqayıtda 7 yaşlı uşaq karuseldən yıxılaraq ağır xəsarət alıb Sumqayıt. 7 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 7 yaşlı uşaq karuseldən yıxılaraq ağır xəsarət alıb.
Hadisə
7 İyun , 2018 18:25
Sumqayıtda 7 yaşlı uşaq karuseldən yıxılaraq ağır xəsarət alıb

Sumqayıt. 7 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 7 yaşlı uşaq karuseldən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 45-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü Ramal Cavid oğlu Rzalı yaşadığı ərazinin yaxınlığındakı karuseldən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi