Sumqayıtda 68 yaşlı kişini maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda 68 yaşlı kişini maşın vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt şəhərində yol qəzası zamanı ölən şəxsin kimliyi məlum olub.
Hadisə
7 Oktyabr , 2019 23:45
Sumqayıtda 68 yaşlı kişini maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt şəhərində yol qəzası zamanı ölən şəxsin kimliyi məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, 1951-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Əmraslanov Yavər Ələmdar oğlunu yolu keçərkən avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. ***21:23

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən yaşlı kişini vuraraq öldürüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Hələlik şəxsiyyəti məlum olmayan şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Son xəbərlər

Orphus sistemi