Sumqayıtda 61 yaşlı kişi intihar edib - YENİLƏNİB
- 26 fevral, 2019
- 07:04
Sumqayıt şəhərində intihar edən yaşlı kişinin şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1958-ci il təvəllüdlü Əmrah Ruhəddinov yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi bəlli deyil.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
*** 09:21
Sumqayıt. 26 fevral. REPORT.AZ/ Sumqayıtda yaşlı kişi özünü asaraq intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.