Sumqayıtda 59 yaşlı qaynaqçı iş zamanı ölüb - YENİLƏNİB

Sumqayıtda 59 yaşlı qaynaqçı iş zamanı ölüb - YENİLƏNİB Sumqayıt şəhərində 59 yaşlı qaynaqçı iş zamanı ölüb.
Hadisə
23 Mart , 2019 12:48
Sumqayıtda 59 yaşlı qaynaqçı iş zamanı ölüb - YENİLƏNİB

Sumqayıt şəhərində 59 yaşlı qaynaqçı iş zamanı ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, "Beton zavod" adlanan ərazidə Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Sergey Nikolayeviç Sergeyevin həmin ərazidə qaynaq işləri apararkən anidən ürəyi dayanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 10:12

Sumqayıt şəhərində iş zamanı usta ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə "Beton zavod" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə qaynaqçı işləyən, hələlik şəxsiyyəti məlum olmayan usta qəfildən yıxılaraq ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi