Sumqayıtda 46 yaşlı kişi intihar edib - YENİLƏNİB
- 25 yanvar, 2019
- 05:56
Sumqayıt. 25 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində özünü asaraq intihar edən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Məmmədov Elmar Ramiz oğlu 10-cu mikrayon ərazisində yerləşən yataqxanada özünü asaraq öldürüb.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 08:12
Sumqayıt. 25 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində orta yaşlı kişi intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.