Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb - YENİLƏNİB

Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb - YENİLƏNİB Onun narkotik maddənin təsirindən öldüyü bildirilir
Hadisə
20 Fevral , 2019 11:39
Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb - YENİLƏNİB

Sumqayıt. 20 fevral. REPORT.AZ/  Sumqayıt şəhərində narkotik maddənin təsirindən ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki,əhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 9:21

Sumqayıt. 20 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddəinin təsirindən ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, şəhərin 13-cü mikrorayonunda "qarajlar" deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib. 

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi