Sumqayıtda 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt şəhərində dəmiryol xəttində elektrik cərəyanı vurması nəticəsində ölən şəxsin adı məlum olub.
Hadisə
20 Mart , 2019 13:07
Sumqayıtda 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt şəhərində dəmiryol xəttində elektrik cərəyanı vurması nəticəsində ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Həsrətov Anar Azad oğlu yaşadığı Sumqayıt şəhərindəki dəmir yolu stansiyasında elektrik xəttinə toxunub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 13:07

Sumqayıtda elektrik cərəyanı gənc oğlanı vuraraq öldürüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıət şəhəri ərazisindən keçən dəmir yolu xəttində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan dəmiryol xəttinin üzərindən keçən elektrik naqillərinə toxunub. Nəticədə 6 min voltluq elektrik xətti onu vuraraq öldürüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Hadisə yerinə baxış keçirilib 

Son xəbərlər

Orphus sistemi