Sumqayıtda 3 yaşlı uşaq ağır xəsarət alıb

Hadisə
  • 17 iyul, 2019
  • 20:44
Sumqayıtda 3 yaşlı uşaq ağır xəsarət alıb

Sumqayıtda 3 yaşlı uşaq ağır xəsarət alıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 21-ci məhəllədə baş verib.

2016-cı il təvəllüdlü Mirə Cəlilova yaşadığı evdə yıxılıb. Nəticədə azyaşlının başı yazı masasına dəyib və o, ağır xəsarət alıb.

Azyaşlı Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə