Sumqayıtda 21 yaşlı qız 2-ci mərtəbədən yerə yıxılıb

Sumqayıtda 21 yaşlı qız 2-ci mərtəbədən yerə yıxılıb Sumqayıt. 9 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə
9 Dekabr , 2018 01:25
Sumqayıtda 21 yaşlı qız 2-ci mərtəbədən yerə yıxılıb

Sumqayıt. 9 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü Familzadə Gülnar Elşad qızı yaşadığı Sumqayıt şəhərinin 26-cı məhəlləsində yerləşən Energetika sanatoriyasının 2-ci mərtəbəsindən yıxılıb.

Hadisəyə ehtiyatsızlıq səbəb olub. Yerə düşən 21 yaşlı qız dərhal xəsətəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi