Sumqayıtda 2 yaşlı körpəni avtomobil vurub

Hadisə
  • 23 mart, 2018
  • 00:44
Sumqayıtda 2 yaşlı körpəni avtomobil vurub

Bakı. 23 mart. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı körpə xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

Yol kənarında hərəkət edən 2016-cı il təvəllüdlü Yarməmmədov Fuad İlham oğlu qəfil avtomobilin qarşısına çıxıb. Nətiəcədə maşın onu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

44 filmi