Sumqayıtda 2-ci sinif şagirdini avtomobil vurub

Sumqayıtda 2-ci sinif şagirdini avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
19 İyun , 2018 17:59
Sumqayıtda 2-ci sinif şagirdini avtomobil vurub

Sumqayıt. 19 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 2-ci sinif şagirdini avtomobil vurub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə 4-cü məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü Məmmədov Mehti Fərhad oğlu yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. O, dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi