Yuxarı
    Bağlamaq

    Sumqayıtda 2 abituriyent qəbul imtahanından sonra intihar edib - YENİLƏNİB

    Dinlə
    Hər iki faktla bağlı araşdırma aparılır

    Sumqayıt. 14 may. REPORT.AZ/ Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib.

    "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, ikinci analoji hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.

    Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti "morq"a təhvil verilib.


    ***06:44

    Sumqayıt. 14 may. REPORT.AZ/ Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.

    "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.

    Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi