Sumqayıtda 15 günlük körpənin üzərinə qaynar su dağılıb

Hadisə
  • 08 iyun, 2018
  • 04:53
Sumqayıtda 15 günlük körpənin üzərinə qaynar su dağılıb

Sumqayıt. 8 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 15 günlük uşaq qaynar sudan yanıb.

"Report"un yerli bürosunun məlumatına görə, 2018-ci il təvəllüdlü yerli sakin Əliyev Əli Hətəmxan oğlu yaşadığı İnşaatçılar qəsəbəsi, ev 3/36 mənzil 9 ünvanında nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Azyaşlı 15 gün bundan öncə dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.