Sumqayıtda 11 yaşlı uşağı maşın vuraraq öldürüb

Sumqayıtda 11 yaşlı uşağı maşın vuraraq öldürüb Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Mart , 2019 20:15
Sumqayıtda 11 yaşlı uşağı maşın vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 26-cı məhəllə, Səməd Vurğun küçəsi, "Simurq" şadlıq evinin qarşısında olub.

Həmin ərazidə yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Abdulzadə Həbib Rahid oğlunu maşın vurub. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi