Sumqayıt. 9 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində Azərbaycanın dövlət bayrağının qəbul edilməsinin 100 illiyinə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş ümumşəhər bayramı keçirilib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
Tədbir iştirakçıları
Daha bir tədbir Abşeron rayonunda baş tutub.
Mədəniyyət Mərkəzində reallaşan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak ediblər. Rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladığı fləşmob və ədəbi-bədii kompazisiyalar iştirakçılara təqdim edilib.
Bayram tədbirində Dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Bayram tədbirində Mərkəzin foyesində bayraq gününə həsr olunmuş rəsm sərgisi və qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar nümayiş etdirilərək, onlar haqqında geniş məlumat verilib. Tədbir Konsert proqramı ilə davam etdirilib.
Bundan əvvəl Ağdam və Tərtərdə Dövlət Bayrağı günü qeyd olunub.












