Sumqayıt sakininin yaşadığı evdə meyiti tapılıb
- 27 sentyabr, 2019
- 10:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıtda yaşdığı evdən meyiti tapılan şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1951-ci il təvəllüdlü Mirziddinov Tofiq İsgəndəroviçin meyiti qonşular tərəfindən aşkar edilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanalrının əməkdalarına məlumat verilib.
Şəxsin bir müddətdir tək yaşadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***13:23
Sumqayıt şəhərində yşlı kişinin evdə meyiti tapılıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin H.Z.tağıyev qəsəbəsində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişinin meyiti yaşadığı evdə qonşuları tərəfindən aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. hələlik şəxsiyyəti məlum olmayan kişinin meyiti morqa yerləşdirilib.