Sumqayıt sakininə qarşı soyğunçuluq edilib, 230 manatı aparılıb

Hadisə
  • 12 dekabr, 2019
  • 08:45
Sumqayıt sakininə qarşı soyğunçuluq edilib, 230 manatı aparılıb

Sumqayıt sakininə qarşı soyğunçuluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Kimyaçılar qəsəbə sakini M.Quliyevaya zor tətbiq edib içərisində 230 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini R.Məhərrəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.