Sumqayıt sakini özünə 6 bıçaq zərbəsi vurub

Sumqayıt sakini özünə 6 bıçaq zərbəsi vurub O, ayaq və qarın nahiyəsindən xəsarət alıb
Hadisə
24 Oktyabr , 2016 15:41
Sumqayıt sakini özünə 6 bıçaq zərbəsi vurub

 Bakı. 24 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində intihara cəhd olub.

"Report"un xəbərinə görə, 17-ci mikrorayon, ev 60 mənzil 32 ünvanında Həsənov Elvin Mübariz oğlu mətbəx bıçağını götürərək ayaq və qarın nahiyəsinə ümumilikdə 6 zərbə vurub. 

 Ağır yaralanan E.Həsənov xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi