Bakı. 12 dekabr. REPORT.AZ/ "Sumqayıt" komandası Rusiyanın "Anji" klubu ilə yoldaşlıq görüşü keçirəcək.
"Report"un Mahaçqala təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun Türkiyənin Antalya bölgəsindəki Belek toplanışı çərçivəsində təşkil ediləcək.
Qarşılaşma yanvarın 22-də olacaq.
"Anji" Rusiya Premyer Liqasında 20 turdan sonra 19 xalla 15-ci yerdə qərarlaşıb. Bu komanda ötən gün qış fasiləsi ilə əlaqədar məzuniyyətə buraxılıb.